🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 05:31   •   🌡️ Bakı

Ərdoğan: Zəlzələdən sonra 300 min obyekt istismara verilib

2023-cü ilin fevralında baş vermiş zəlzələlər nəticəsində evlərini itirmiş Türkiyə vətəndaşlarının əksəriyyəti artıq yeni mənzillərin açarlarını alıb. Bütövlükdə təbii fəlakət zonasında 300 min yaşayış və ticarət obyekti istifadəyə verilib.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malatya vilayətində 9 mindən çox yeni mənzil və kommersiya obyektinin sahiblərinə təqdim edilməsi mərasimində bildirib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər təbii fəlakət zonasındakı 11 əyalətdə tikilən obyektlərin sayı 453 minə çatacaq.