🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 08:56   •   🌡️ Bakı

“Hazırda Zelenski ilə razılaşmaya nail olmaq mümkün deyil”

“Hazırda Ukrayna Prezidenti Volodimir Zelenski ilə razılaşmaya nail olmaq mümkün deyil”.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, Zelenski ilə təmaslara hazır olsa da, danışıqların mənası yoxdur, çünki Ukrayna ilə əsas məsələləri razılaşdırmaq praktiki olaraq real deyil.

Putin həmçinin qeyd edib ki, hətta siyasi iradə olsa belə, hüquqi və texniki çətinliklər mövcuddur.

O, Ukrayna rəhbərliyinin güzəştlərə hazır olmasına şübhə etdiyini də qeyd edib.