XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 14:00:52 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Kürdəmirdə şadlıq sarayında yanğın

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Kürdəmir rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Azərbaycan.media Publika.az-a istinadən verdiyi məlumata görə, rayonun Xırdapay kəndində ümumi sahəsi 1400 m² (1-ci mərtəbəsi 600 m², 2-ci mərtəbəsi 800 m²) olan ikimərtəbəli şadlıq sarayının sahəsi 20 m² olan təsərrüfat otağında 1 ədəd elektrik lövhəsi, 1 ədəd səsgücləndirici qurğu, 1 ədəd işıq tənzimləyicisi və 10 m² sahədə yığılan plastik qablar yanıb. Şadlıq sarayı yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Etiketlər: