XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:19:11 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Ukraynadan xaricə səyahətlə bağlı qərar: Ləğv edildi

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Ukraynada 18-22 yaşlı kişilərə tətbiq edilən səyahət qadağası götürülüb.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Yuliya Sviridenko “Telegram” hesabında məlumat yayıb.

Onun sözlərinə görə, 18-22 yaş arası ukraynalı kişilər sərbəst şəkildə sərhədi keçə biləcəklər. Eyni qayda xaricdəki Ukrayna vətəndaşlarına da şamil ediləcək.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra 2022-ci ildə elan edilmiş hərbi vəziyyət və ümumi səfərbərliyə əsasən bu yaş qrupunda olan kişilərin xaricə səyahəti qadağan edilmişdi.

Etiketlər: