🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 03:54   •   🌡️ Bakı

Xaçmazda avtomobil kanala aşdı

Xaçmaz rayonunun Xudat şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

Azərbaycan.media xəbər verir ki, hərəkətdə olan “Hunday” markalı, 50 FG 288 dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarındakı kanala düşüb.

Avtomobildə ailə üzvləri olub. Hadisə zamanı yoldan keçən vətəndaşların köməyi ilə onlar xəsarət almadan nəqliyyat vasitəsindən çıxarılıb. Avtomobil isə kanalda bir neçə metr irəliləyib.

Hadisə ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb.

Faktla bağlı araşdırma aparılır.