XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:28:22 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Azərbaycanın Çinlə ticarət dövriyyəsi 27% artıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 2 milyard 502 milyon 654 min ABŞ dolları təşkil edib.

“APA-Economics” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,8% çoxdur.

7 ayda Azərbaycanın ümumi ticarət dövriyyəsinin 18,34%-i Çinin payına düşüb.

Dövr ərzində Azərbaycandan Çinə 53 milyon 294 min ABŞ dolları həcmində məhsul ixrac olunub ki, bu da illik müqayisədə 4,5 dəfə çoxdur. Yanvar-iyulda Çinə ixrac Azərbaycanın ümumi ixracının 0,35%-ni təşkil edib.

Hesabat dövründə Çindən Azərbaycana məhsul idxalının həcmi 24,8% artaraq 2 milyard 449 milyon 360 min ABŞ dollarına çatıb. 7 ayda Çindən idxal Azərbaycanın ümumi idxalının 17,99%-i həcmində olub.

Etiketlər: