XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 11:23:31 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Prezident: “Laçında bir düz yer tapa bilmədik ki…”

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan Prezidenti İlham Əliyev Laçında hava limanının tikintisi ilə bağlı çətinliklərdən danışıb.

Azərbaycan. media   xəbər verir ki, dövlət başçısı bildirib:

“Laçının Qorçu kəndində beynəlxalq hava limanı da istifadəyə verilib. Biz o yerin seçilməsində də çətinlik çəkirdik. Çünki Kəlbəcərdə və Laçında bir dənə də düz yer tapa bilməmişdik ki, orada uçuş-enmə zolağı inşa edilsin. Bir dənə də düz yer yoxdur. Amma mən istəyirdim ki, aeroport həm Kəlbəcərə, həm Laçın şəhərinə yaxın olsun. Ona görə o yer seçildi. Dedilər ki, burada da bunu etmək mümkün deyil, gərək dağları kəsək. Dedim kəsmək lazımdırsa, kəsək. Əminəm ki, bu aeroport sayəsində bura gələnlər üçün çox gözəl bir turizm mərkəzi olacaq. Yəni, üç istiqamətdən yol, – Gəncə, Laçın, hətta Zəngilandan ta Kəlbəcərə qədər, bir də Naftalan, Ağdərə, Sərsəng, Kəlbəcər, – üç tərəfdən rahat əlaqələndirmə olacaq və əlbəttə ki, bu, bölgənin canlandırılması üçün böyük imkanlar yaradacaq: hotellər, turizm kompleksləri”.

Etiketlər: