🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 04:08   •   🌡️ Bakı

Elçin İsgəndərzadənin “Mənim Şuşa dastanım” kitabı işıq üzü gördü

Azərbaycan Milli Aerokosmik Agentliyi Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, texnika və filologiya elmləri doktoru, Azərbaycan Texniki Universitetinin professoru, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Əməkdar Müəllimi və Fəxri Mədəniyyət İşçisi Elçin İsgəndərzadənin Qarabağın azadlığı və Şuşanın işğaldan azad olunması münasibətilə yazdığı yeni kitabı – “Mənim Şuşa dastanım” nəşr olunub.

Kitab müəllifin ifadəsi ilə desək, “Vətən qoxulu, Zəfər qürurlu, Şuşa ünvanlı” bir əsərdir. Hər cümləsi poetik ruh və ensiklopedik dəyər daşıyan bu nəfis nəşr, həm tarixi yaddaşın, həm də emosional zəfərin simvolu kimi təqdim olunur.

Müəllif kitabın ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə akademik İsa Həbibbəyli və akademik Nizami Cəfərova ön söz və redaktorluq üçün xüsusi təşəkkürünü bildirib.

Fuad BİLƏSUVARLI

Azərbaycan.media