XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 14:08:27 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄
Günay Novruzun şeirləri ●

Günay Novruzun şeirləri

17.09.2025 • 13:22 • Odlar MEDİA

Vaqif Səmədoğlu üçün Ölümün nə xəbəri var mən doğulmuşam, Bəlkə ölümü aldadım belə… Deyim ki, ay, Ölüm, bu mən deyiləm, Deyim ki, burax gedim, ölən deyiləm. Ölüm də çaş-baş qalıb, dursun qarşımda Bəlkə ölümü öldürüm belə. Öldürüm insanlar daha ölməsin, Ölüm kiçilsin, heç böyüməsin. Ah bu ürəyim Ah bu musiqilər, Hər biri qılınc kimi. Kəsir… kəsir səni. Ah bu gözlərim… Qaçhaqaçdadı Gəzir… gəzir səni. Ah bu canım… çırpır özünü daşa, divara Əzir… əzir səni. Ah bu ürəyim… döyünür hələ Sevir… sevir səni Ağrılarım var Yenə gecədi, yenə ağrılarım var……

Yazını oxu →